Xəbər Yerində İdman.Biz-ə istinadən xəbər verir ki, 8 Noyabr – Zəfər Günü münasibətilə Gəncədə, Heydər Əliyev Park-Kompleksində veloyürüş təşkil olunub.
Tədbir Gəncə Şəhər İcra Hakimiyyəti, Gəncə-Daşkəsən Regional Gənclər və İdman İdarəsi və Azərbaycan Velosiped İdmanı Federasiyasının birgə təşkilatçılığı ilə keçirilib.
Veloyürüşdən əvvəl Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
ROEQİUGVM-nin Gəncə bölməsinin idmançıları, tələbələr və könüllülərin qatıldığı yürüş Zəfər Tağının qarşısından start götürüb və eyni məkanda başa çatıb.
Tədbirin sonunda iştirakçılara sertifikatlar təqdim olunub.





