Goranboy rayonunda ailədaxili münaqişə faciə ilə nəticələnib.
Xeberyerinde xəbər verir ki, rayon sakini, 1993-cü il təvəllüdlü Elvin Aslanov qətlə yetirilib.
Hadisə ilə bağlı polis əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən 57 yaşlı Şahin Aslanov saxlanılıb.
İlkin məlumata görə, ata mübahisə zamanı oğluna bıçaqla xəsarət yetirib. Elvin Aslanov aldığı xəsarətlərdən həyatını itirib.
Faktla bağlı Goranboy Rayon Prokurorluğunda cinayət işi başlanılıb, hadisənin bütün təfərrüatları araşdırılır.
Mənbə: Qafqazinfo

