Gürcüstanda yüksək vəzifəli məmur istefa verdi – yeni postu bəlli oldu

Gürcüstanda yüksək vəzifəli məmur istefa verdi – yeni postu bəlli oldu

Xəbər Yerində xəbər verir ki, Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidmətinin rəhbəri Gela Geladze vəzifəsindən istefa verib.

“Sputnik Gürcüstan”ın məlumatına görə, Geladze siyasi komanda ilə məsləhətləşmələrdən sonra fəaliyyətini başqa dövlət qurumunda davam etdirmək qərarına gəlib.

Onun yeni vəzifəsi də məlum olub. Gela Geladze Gürcüstan daxili işlər nazirinin müavini təyin ediləcək.

Qeyd edək ki, Geladze bu ilin aprelində Dövlət Təhlükəsizliyi Xidmətinin rəhbəri vəzifəsinə gətirilmişdi. O, bu postda siyasətdən getdiyini açıqlayan Mamuka Mdinaradzeni əvəz etmişdi.

Maraqlıdır ki, Geladze 2025-ci ilin mayından 2026-cı ilin aprelinə qədər Gürcüstanın daxili işlər naziri vəzifəsində çalışıb.

Mənbə: Qafqazinfo

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir