Gəncə stadionu UEFA-nın 4-cü kateqoriyasına daxil edilib.
Xəbər Yerində xəbər verir ki, bu barədə AFFA məlumat yayıb.
Bildirilib ki, iki il ərzində aparılan ardıcıl işlərin nəticəsində əldə olunan bu status stadionun daha yüksək səviyyəli beynəlxalq futbol qarşılaşmalarını qəbul etməsinə imkan verəcək.
Yeni kateqoriya Gəncə stadionunun beynəlxalq oyunlar üçün imkanlarını genişləndirəcək.

