Gəncədə 78 yaşlı kişi bədbəxt hadisə nəticəsində həyatını itirib.
Xəbər Yerində “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə 1948-ci il təvəllüdlü Zakir Həsənovun yaşadığı binada baş verib. O, binanın 4-cü mərtəbəsindən yıxılaraq dünyasını dəyişib.
Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb olunub. İlkin məlumata görə, hadisənin ehtiyatsızlıqdan baş verdiyi ehtimal olunur.
Faktla bağlı Gəncə Şəhər Prokurorluğunda araşdırma aparılır.

