Bakı-Qazax magistralının Hacıqabul rayonu ərazisindən keçən hissəsində ağır yol qəzası baş verib.
Hadisə zamanı minik avtomobili idarəetmədən çıxaraq yoldan kənara aşıb. Qəza nəticəsində 2 nəfər həyatını itirib, 4 nəfər isə müxtəlif xəsarətlər alıb.
Yaralılar təcili tibbi yardım avtomobilləri ilə xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.

