“Mançester Siti”nin ulduz futbolçusu Erlinq Haland sosial şəbəkələrdə geniş yayılan məşhur görüntünü bu dəfə real şəkildə canlandırıb.
Xəbər Yerində xəbər verir ki, norveçli futbolçu məşhur yutuber MrBeastlə birlikdə viral olan videodakı səhnəni təkrarlayıb.
Görüntülərdə Haland və MrBeast birlikdə yemək yeyirlər. Daha sonra futbolçu güzgüyə tərəf dönərək öz əksini görür və əvvəlki viral videodakı kimi qəfil qorxmuş reaksiyası ilə diqqət çəkir.
Sözügedən görüntü ilk dəfə 2026-cı ilin yayında sosial şəbəkələrdə böyük rezonans doğurmuşdu. Videoda guya Halandın restoranda yemək yeyərkən güzgüdə özünü görüb qorxduğu əks olunurdu. Lakin sonradan həmin görüntünün süni intellektlə hazırlandığı və əsl videonun çinli komediya müəllifi Jin Longun çəkdiyi səhnədən götürüldüyü məlum olmuşdu.
Halandın MrBeastlə yeni videosu isə həmin viral səhnənin real versiyası olub.
MrBeast paylaşımına “Həyatımın ən qorxulu yeməyi” ifadəsini yazıb.
Videonu təqdim edirik:

