Bakının Qaradağ rayonunun Lökbatan qəsəbəsində ölüm hadisəsi baş verib.
Xəbər Yerində xəbər verir ki, qəsəbə ərazisində rayon ATS-nin əməkdaşı, 1981-ci il təvəllüdlü Səyyad Əli oğlu Rzayev hasarın üzərindən yıxılaraq həyatını itirib.
Hadisənin hansı şəraitdə baş verdiyi araşdırılır.
Faktla bağlı araşdırma rayon prokurorluğu tərəfindən aparılır.

