Qarşıdakı günlərdə hava dəyişəcək: Dağlıq rayonlarda yağış, dolu və sel riski
İyulun 11-13-də Azərbaycanın bəzi dağlıq və dağətəyi rayonlarında qeyri-sabit hava şəraiti müşahidə olunacaq.
Milli Hidrometeorologiya Xidmətinin verdiyi məlumata görə, həmin günlərdə ayrı-ayrı ərazilərdə fasilələrlə yağış yağacağı gözlənilir.
Bildirilib ki, bəzi yerlərdə yağıntılar qısamüddətli intensiv xarakter daşıyacaq, şimşək çaxacaq və dolu düşəcəyi ehtimalı var.
Həmçinin qeyd olunub ki, yağıntılı hava şəraiti ilə əlaqədar çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından isə qısamüddətli sel keçə biləcəyi ehtimal edilir.

