Xəbər Yerində xəbər verir ki, Kəlbəcərdə Azərbaycan və İran prezidentlərinin Bişkekdə başlatdığı “İstisu” ənənəsi davam etdirilib.
Diplomatik korpus nümayəndələrinin Kəlbəcərdə yerləşən “İstisu” zavoduna səfəri zamanı Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev və İranın Azərbaycandakı səfiri Müctəba Dəmirçilu birlikdə “İstisu” mineral suyundan içiblər.
Hikmət Hacıyev bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyev və İran Prezidenti Məsud Pezeşkianın Bişkekdə başlatdığı bu ənənəni davam etdirmək qərarına gəliblər.
O qeyd edib ki, “İstisu”nun İran xalqına da çatdırılması imkanları üzərində birlikdə düşünmək niyyətindədirlər:
“Əminik ki, onlar da bu dadı möhtəşəm qiymətləndirəcəklər”.
Qeyd edək ki, avqustun 31-də Bişkekdə Şanxay Əməkdaşlıq Təşkilatının sammiti çərçivəsində İlham Əliyev və Məsud Pezeşkian arasında keçirilən görüşdə Azərbaycan Prezidenti iranlı həmkarına ölkədən gətirdiyi “İstisu” mineral suyunu təqdim edib.
Dövlət başçıları daha sonra sudan birlikdə içiblər.

