İlham Əliyev Daşkənddə Müstəqillik abidəsini ziyarət edib

İlham Əliyev Daşkənddə Müstəqillik abidəsini ziyarət edib

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva avqustun 23-də Daşkənddə Müstəqillik abidəsini ziyarət ediblər.

Dövlət başçısı abidənin önünə əklil qoyub.

Müstəqillik abidəsi Özbəkistanın müstəqilliyinin 30 illiyi münasibətilə “Yangi Uzbekiston” kompleksində ucaldılıb.

Abidəni sülh, azadlıq, xeyirxahlıq və xoşbəxtliyi simvolizə edən, qanadlarını geniş açmış Humay quşunun obrazı tamamlayır.

Abidə Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin tapşırığı ilə hazırlanıb.

Azərbaycan Prezidenti və birinci xanım Daşkənddə Ümummilli Liderin barelyefi önünə gül dəstələri qoyublar

Avqustun 23-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Daşkənddəki Heydər Əliyev Meydanında Ümummilli Liderin barelyefi önünə gül dəstələri qoyublar.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir