Azərbaycan Prezidenti İlham Əliyevin Özbəkistana dövlət səfəri başlayıb.
Xəbər Yerində Baku TV-yə istinadən xəbər verir ki, səfər çərçivəsində Daşkənddə Azərbaycan və Özbəkistan arasında bir sıra yüksək səviyyəli görüşlərin keçirilməsi nəzərdə tutulur.
Səfərin əsas tədbirlərindən biri Azərbaycan və Özbəkistan prezidentlərinin iştirakı ilə Ali Dövlətlərarası Şuranın üçüncü iclası olacaq.
Görüşlər zamanı iki ölkə arasında strateji tərəfdaşlığın və müttəfiqlik münasibətlərinin daha da inkişaf etdirilməsi, qarşılıqlı əməkdaşlığın müxtəlif sahələr üzrə genişləndirilməsi məsələləri müzakirə ediləcək.
Səfər çərçivəsində danışıqların yekununda bir sıra sənədlərin imzalanması planlaşdırılır. Həmçinin iqtisadi və humanitar istiqamətlərdə yeni birgə layihələrin icrasına başlanılması gözlənilir.

