İlham Əliyev Ərdoğanla Bişkekdə görüşüb-FOTO

İlham Əliyev Ərdoğanla Bişkekdə görüşüb-FOTO

Xəbər Yerində xəbər verir ki, sentyabrın 1-də Qırğızıstanın paytaxtı Bişkekdə Azərbaycan Prezidenti İlham Əliyev ilə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında görüş keçirilib.

Görüş zamanı Azərbaycan-Türkiyə münasibətlərinin hazırkı vəziyyəti və gələcək inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

Tərəflər iki ölkə arasındakı əlaqələrin qardaşlıq və strateji müttəfiqlik prinsiplərinə əsaslandığını vurğulayıblar. Dövlət başçıları müxtəlif istiqamətlərdə əməkdaşlığın daha da genişləndirilməsindən məmnunluqlarını ifadə ediblər.

Söhbət zamanı, həmçinin regional gündəmdəki məsələlər və qarşılıqlı maraq doğuran digər mövzular müzakirə olunub. Görüş Bişkekdə keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının tədbirləri çərçivəsində baş tutub.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir