Xəbər Yerində xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev İndoneziya Prezidenti Prabovo Subiantoya ölkəsinin Müstəqillik Günü münasibətilə təbrik məktubu ünvanlayıb.
Təbrik məktubunda Azərbaycan Prezidenti İndoneziya xalqına sülh, əmin-amanlıq və firavanlıq arzularını çatdırıb.
İlham Əliyev iki ölkə arasında iqtisadiyyat, qarşılıqlı investisiyalar, humanitar və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi üçün yaxşı imkanların olduğunu qeyd edib.
Prezident əminliyini bildirib ki, Azərbaycan-İndoneziya dostluğu və əməkdaşlığı xalqların rifahı naminə bundan sonra da möhkəmlənəcək.
Dövlət başçısı həmçinin Prabovo Subiantoya möhkəm cansağlığı, xoşbəxtlik və ali dövlət fəaliyyətində uğurlar arzulayıb.

