Azərbaycan Prezidenti İlham Əliyev avqustun 23-də Özbəkistana dövlət səfərinə yola düşüb.
Dövlət başçısını və birinci xanım Mehriban Əliyevanı Daşkənddəki “Xumo” Beynəlxalq Hava Limanında Özbəkistan Prezidenti Şavkat Mirziyoyev və xanımı Ziroatxon Mirziyoyeva qarşılayıblar.
Hava limanında Prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.













