Azərbaycan Prezidenti İlham Əliyev San Marino Respublikasının milli bayramı münasibətilə bu ölkənin Regent Kapitanları Aliçe Minaya və Vladimiro Selvaya təbrik məktubu göndərib.
“Xəbər Yerində” xəbər verir ki, dövlət başçısı məktubunda San Marino Respublikasının Regent Kapitanları Zati-aliləri xanım Aliçe Minayanı və cənab Vladimiro Selvayanı, onların simasında isə bütün San Marino xalqını milli bayram münasibətilə öz adından və Azərbaycan xalqı adından ürəkdən təbrik edib.
İlham Əliyev təbrik məktubunda Regent Kapitanlarına möhkəm cansağlığı, xoşbəxtlik və məsul fəaliyyətlərində uğurlar, San Marino xalqına isə daim əmin-amanlıq və firavanlıq arzulayıb.

