İlham Əliyev TDT rəsmilərini qəbul etdi-FOTO

İlham Əliyev TDT rəsmilərini qəbul etdi-FOTO

Xəbər Yerində xəbər verir ki, Prezident İlham Əliyev sentyabrın 17-də Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin təhlükəsizlik sahəsinə məsul şəxslərini qəbul edib.

Görüşdə TDT-nin Baş katibi Kubanıçbek Ömüralıyev, Türkiyənin Milli Təhlükəsizlik Şurasının baş katibi Okay Memiş, Özbəkistan Prezidentinin yanında Təhlükəsizlik Şurasının katibi Viktor Mahmudov, Qırğızıstan Təhlükəsizlik Şurasının katibi Adilet Orozbekov, Qazaxıstan Təhlükəsizlik Şurası sədrinin müavini Aida Balayeva və Şimali Kipr Türk Respublikasının Baş nazirinin müşaviri Mehmet Ağa iştirak ediblər.

Dövlət başçısı tədbirdə çıxış edərək müasir dövrdə ənənəvi təhdidlərlə yanaşı, kibertəhdidlər və digər yeni çağırışların da meydana çıxdığını bildirib. O, TDT ölkələri arasında təhlükəsizlik sahəsində əməkdaşlığın və koordinasiyanın əhəmiyyətini vurğulayıb.

İlham Əliyev təhlükəsizlik şuraları arasında mütəmadi görüşlərin regional və qlobal təhdidlərin müəyyənləşdirilməsi, eləcə də onların qarşısının alınması yollarının müzakirəsi baxımından əhəmiyyətli olduğunu qeyd edib.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir