Xəbər Yerində xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 17-də Şamaxı rayonuna səfər ediblər.
Səfər çərçivəsində dövlət başçısı və birinci xanım Şamaxı şəhərinin mərkəzində Ümummilli Lider Heydər Əliyevin şərəfinə ucaldılmış abidəni ziyarət ediblər.
Onlar abidənin önünə gül dəstələri qoyaraq Ulu Öndərin xatirəsini ehtiramla yad ediblər.




