İlham Əliyev və Şavkat Mirziyoyev İsmayıl Samani türbəsini ziyarət ediblər – FOTO

İlham Əliyev və Şavkat Mirziyoyev İsmayıl Samani türbəsini ziyarət ediblər – FOTO

Azərbaycan Prezidenti İlham Əliyev və Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Buxara şəhərində yerləşən İsmayıl Samani türbəsi ilə tanış olublar.

“Xəbər Yerində” xəbər verir ki, avqustun 24-də keçirilən ziyarətdə Azərbaycanın birinci xanımı Mehriban Əliyeva, Özbəkistanın birinci xanımı Ziroatxon Mirziyoyeva və prezidentlərin ailə üzvləri də iştirak ediblər.

Mərkəzi Asiyanın qədim İslam abidələrindən biri

İsmayıl Samani türbəsi Mərkəzi Asiyada İslam memarlığının ən qədim nümunələri sırasında yer alır.

Abidənin IX əsrin sonu – X əsrin əvvəllərində inşa edildiyi bildirilir. Türbə özünəməxsus memarlıq üslubu və konstruktiv həlli ilə seçilir.

18 fərqli kərpic hörgüsü nümunəsi

Türbənin inşasında əsas material kimi bişmiş kərpicdən istifadə olunub. Araşdırmalar zamanı abidənin divarlarında kərpiclərin düzülüşünün 18 müxtəlif üsulu müəyyən edilib.

Bu xüsusiyyət tikilinin həm memarlıq, həm də dekorativ baxımdan öz dövrü üçün yüksək səviyyədə olduğunu göstərir.

Samanilər ailəsinin məzarı

Tarixi mənbələrdə türbənin Samanilər sülaləsinin banilərindən və ən tanınmış nümayəndələrindən biri olan İsmayıl Samaninin adı ilə bağlı olduğu qeyd edilir.

Ənənəvi qəbul edilmiş məlumata görə, türbədə İsmayıl Samani ilə yanaşı, onun atası və nəvəsi dəfn olunub.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir