Naxçıvanda anbardan külli miqdarda saxta alkoqol tapıldı

Naxçıvanda anbardan külli miqdarda saxta alkoqol tapıldı

Naxçıvanda aksizli məhsulların qanuni dövriyyəsinə nəzarət zamanı ciddi qanun pozuntusu üzə çıxıb.

Xeber Yerinde Report-a istinadən xəbər verir ki, Dövlət Vergi Xidmətinin əməkdaşlarının iştirakı ilə keçirilən operativ tədbir zamanı saxta aksiz markaları ilə markalanmış külli miqdarda alkoqollu içkinin satış üçün saxlanıldığı müəyyən edilib.

Araşdırma zamanı Kəngərli rayonunun Qarabağlar kəndində yerləşən, Sahil Murtuzayevə məxsus anbarda qanunsuz markalanmış alkoqollu içkilər aşkarlanıb.

Müvafiq sənədləşdirmə aparıldıqdan sonra aşkar olunan məhsullar anbardan götürülüb.

Faktla bağlı Dövlət Vergi Xidmətində araşdırma aparılır.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir