İslam Maxaçevdən möhtəşəm qələbə: UFC tarixində yeni rekord

İslam Maxaçevdən möhtəşəm qələbə: UFC tarixində yeni rekord

Xəbər Yerində xəbər verir ki, rusiyalı MMA döyüşçüsü İslam Maxaçev Filadelfiyada keçirilən “UFC 330” turnirinin əsas qarşılaşmasında irlandiyalı İen Maçado Qerrini məğlub edib.

Beş raund davam edən döyüşün sonunda hakimlərin yekdil qərarı ilə qələbə Maxaçevə verilib. Bununla da 34 yaşlı döyüşçü yarımorta çəki üzrə UFC çempionu titulunu qoruyub.

Maxaçev bu qələbə ilə UFC-də ardıcıl 17-ci qələbəsini qazanaraq yeni rekord müəyyənləşdirib. Onun peşəkar MMA karyerasında ümumi göstəricisi 29 qələbə və 1 məğlubiyyətdir.

Qeyd edək ki, Maxaçev 2025-ci ilin noyabrında Cek Della Maddalenanı məğlub edərək yarımorta çəki üzrə çempionluq kəmərinə sahib olmuşdu.

28 yaşlı İen Maçado Qerri isə karyerasında ikinci məğlubiyyətini alıb.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir