Bakının Şıxov çimərliyində iki nəfərin dənizdə boğulması ilə nəticələnən hadisə baş verib.
Xeber yerinde Apa-ya istinadən xəbər verir ki, hadisə çimərlik ərazisində qeydə alınıb. İlkin məlumata görə, dənizdə iki qadın batıb.
Hadisə barədə məlumat daxil olduqdan sonra əraziyə Fövqəladə Hallar Nazirliyinin aidiyyəti xilasetmə qüvvələri cəlb olunub.
FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən həyata keçirilən axtarışlar nəticəsində qadınların meyitləri sudan çıxarılıb.
Hadisə ilə bağlı araşdırma aparılır. Qadınların şəxsiyyəti və hadisənin hansı şəraitdə baş verdiyi barədə əlavə məlumat verilməyib.

