İstirahət üçün Qəbələyə getmişdi – hovuzda həyatını itirdi

İstirahət üçün Qəbələyə getmişdi – hovuzda həyatını itirdi

Xəbər Yerində xəbər verir ki, Qəbələ rayonunun Vəndam qəsəbəsində ölüm hadisəsi baş verib.

Hadisə zamanı İmişli rayon sakini, 29 yaşlı Lamiyə Əhmədli hovuzda boğulub. Qadının hadisə yerində həyatını itirdiyi bildirilir.

İlkin məlumata görə, Lamiyə Əhmədli yaxınları ilə birlikdə istirahət məqsədilə Qəbələyə gedib. Bədbəxt hadisə onların günlük kirayə götürdükləri evdə baş verib.

Hadisə ilə bağlı əraziyə polis və prokurorluq əməkdaşları cəlb olunub.

Fakt üzrə Qəbələ Rayon Prokurorluğunda araşdırma aparılır.

Mənbə: Qafqazinfo

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir