Xəbər Yerində xəbər verir ki, Kəlbəcər rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
Qəza sentyabrın 5-də qeydə alınıb. İlkin məlumata görə, “Niva” markalı avtomobil hərəkətdə olarkən idarəetmədən çıxaraq yüksəklikdən çaya düşüb.
Hadisə nəticəsində avtomobilin sürücüsü xəsarət alıb.
Faktla bağlı araşdırma aparılır.
Mənbə: Unikal.az


