Türkiyəli aktyor Kərəm Bürsin Bakıya səfər edib.
Sənətçi “Sea Breeze” ərazisində yerləşən “Şöhrət xiyabanı”nda onun şərəfinə yaradılmış “ulduz”un açılış mərasimində iştirak edib.
Bununla bağlı Xalq artisti Emin Ağalarov sosial şəbəkə hesabında paylaşım edib.
“Şöhrət xiyabanımıza daha bir adlı “ulduz” əlavə olundu! Kərəm Bürsin – çoxlarının “Sen Çal Kapımı” serialı və digər layihələrdən tanıdığı istedadlı aktyordur.
Onunla tanış olduğuma çox şadam. Ümid edirəm ki, bu gün və Bakı onda ən xoş, ən isti təəssüratlar yaradacaq”, – deyə Emin Ağalarov bildirib.

