Hadisə zamanı Rəşad Məmmədsəidovun idarə etdiyi “Mercedes” markalı avtomobil yolu keçən 17 yaşlı Böyükağa Abbasovu vurub. Ağır xəsarətlər alan gənc həyatını itirib.
Məlumata görə, qəza gecə saatlarında baş verib. Şahidlərin sözlərinə əsasən, Böyükağa Abbasov kənddə yerləşən kompüter oyunları zalından evə qayıdarkən avtomobilin zərbəsinə tuş gəlib.
Qəzada həyatını itirən 17 yaşlı gənc Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin nəzdində fəaliyyət göstərən Neft-Energetika Kollecində təhsil alırmış.
Faktla bağlı araşdırma aparılır.
Mənbə: XəzərTV

