İlham Əliyev Maya Sandunu təbrik edib

İlham Əliyev Maya Sandunu təbrik edib

Azərbaycan Prezidenti İlham Əliyev Moldova Prezidenti Maya Sanduya ölkəsinin müstəqilliyinin 35-ci ildönümü münasibətilə təbrik məktubu göndərib.

Prezident təbrikində Moldova xalqına ən xoş arzularını çatdırıb və Azərbaycan-Moldova münasibətlərinin inkişafından məmnunluğunu ifadə edib.

İlham Əliyev iki ölkə arasında dostluq və əməkdaşlıq əlaqələrinin son dövrlərdə yüksələn xətt üzrə inkişaf etdiyini vurğulayıb.

Dövlət başçısı xalqların iradəsinə uyğun olaraq Azərbaycan-Moldova əlaqələrinin daha da genişləndirilməsi və əməkdaşlığın dərinləşdirilməsi istiqamətində səylərin bundan sonra da davam etdiriləcəyinə əminliyini bildirib.

Prezident İlham Əliyev Maya Sanduya möhkəm cansağlığı, xoşbəxtlik və dövlət fəaliyyətində uğurlar, Moldova xalqına isə əmin-amanlıq və rifah arzulayıb.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir