“Sumqayıt” futbolçusuna 5 oyunluq cəza verildi – 3 min manat da cərimə

“Sumqayıt” futbolçusuna 5 oyunluq cəza verildi – 3 min manat da cərimə

Misli Premyer Liqasının I turunda keçirilən “Sumqayıt” – “Neftçi” oyununda qırmızı vərəqə alan Səbuhi Abdullazadə ağır cəzalandırılıb.

Xəbər Yerində AZXEBER.COM-a istinadən xəbər verir ki, AFFA İntizam Komitəsinin qərarına əsasən, təcavüzkar davranışa görə futbolçu 5 oyunluq diskvalifikasiya edilib.

Hadisə ilə bağlı “Sumqayıt” klubu da 3 min manat məbləğində cərimələnib.

Həmin qarşılaşmada 4 futbolçusu sarı vərəqə alan “Neftçi”yə isə 700 manat cərimə tətbiq olunub.

Bundan başqa, “Qarabağ” – “Şamaxı” matçında 4 futbolçusu sarı vərəqə alan qonaq komanda da 700 manat cərimələnib.

Qeyd edək ki, Səbuhi Abdullazadə “Neftçi” ilə oyunda qırmızı vərəqə aldıqdan sonra meydanı tərk edərkən stadionun qapısını sındırıb. Nəticədə qapının şüşələri futbolçunun ayağına düşüb və o, ciddi xəsarət alıb.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir