Xəbər Yerində xəbər verir ki, Lerik rayonunun Zenoni kənd orta məktəbinin direktoru Paşa Şirinov 66 yaşında dünyasını dəyişib.
Məlumata görə, bir müddət əvvəl səhhətində problem yaranan direktor Bakıda xəstəxanaya yerləşdirilib. Həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Qeyd edək ki, Paşa Şirinov vəkil Fuad Şirinovun atası olub.

