Mənsum İbrahimov ona oxumağı qadağan etmişdi – İllər sonra ilk dəfə oxudu-VİDEO

Mənsum İbrahimov ona oxumağı qadağan etmişdi – İllər sonra ilk dəfə oxudu-VİDEO

Xəbər Yerində xəbər verir ki, Əməkdar artist Təyyar Bayramov 50 illik yubileyini ata yurdu Ağdamda qeyd edib.

Xanəndə “Evdəkilərə salam” proqramının çəkilişləri üçün Ağdama gedib və yubileyini burada keçirib.

Çəkiliş zamanı sənətçinin oğlu Kənan Bayramov da onun yanında olub. Uzun müddətdir ifaçılıq fəaliyyəti ilə məşğul olmayan Kənan atasının yubileyi münasibətilə ilk dəfə onun üçün mahnı ifa edib.

Təyyar Bayramov oğlunun yaxın zamanda yenidən sənət fəaliyyətinə başlayacağını açıqlayıb. Xanəndənin sözlərinə görə, Kənanın musiqiyə qayıtması üçün hazırlıqlar davam edir.

O, oğlunun uşaqlıqdan musiqiyə marağının olduğunu və bu istiqamətdə ilk addımlarının nənəsinin təşəbbüsü ilə atıldığını bildirib. Kənan daha sonra Mənsum İbrahimovun məsləhəti ilə musiqi məktəbində təhsil alıb və müsabiqələrdən birində birinci yerə layiq görülüb.

Qeyd edək ki, Xalq artisti Mənsum İbrahimov Kənanın səsində dəyişiklik yarandığı üçün müəyyən müddət ifa etməməsini tövsiyə edib. Bu səbəbdən onun sənət fəaliyyətinə fasilə verdiyi bildirilir.

Mənbə: Axşam.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir