Xəbər Yerində xarici KİV-ə istinadən xəbər verir ki, Macarıstanın şərqində Polşa qeydiyyatlı sərnişin avtobusunun qəzaya uğraması nəticəsində azı 12 nəfər həyatını itirib, 10 nəfər yaralanıb.

Qəza gecə saatlarında M3 avtomagistralında, Mezokerestes şəhəri yaxınlığında baş verib. İlkin məlumata görə, Nyiredhaza istiqamətində hərəkətdə olan avtobus yoldan çıxaraq xəndəyə aşıb.
Avtobusda 57 sərnişin və iki sürücünün olduğu bildirilir. Yaralılar xəstəxanaya çatdırılıb.
Macarıstan polisi ilkin ehtimallara görə, sürücünün yuxuya getməsinin qəzanın səbəbi ola biləcəyini açıqlayıb. Sürücü saxlanılıb və hadisə ilə bağlı araşdırma aparılır.

