“Mercedes” və “Niva” toqquşdu: bir azyaşlı həyatını itirdi-FOTO

“Mercedes” və “Niva” toqquşdu: bir azyaşlı həyatını itirdi-FOTO

Qax rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə Qax–Qorağan avtomobil yolunda qeydə alınıb. İlkin məlumata görə, hərəkətdə olan “Mercedes”“Niva” markalı minik avtomobilləri toqquşub.

Qəza nəticəsində bir neçə nəfər müxtəlif dərəcəli ağır bədən xəsarətləri alıb. Yaralılar təcili tibbi yardım briqadası tərəfindən Qax Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

İlkin məlumata əsasən, hadisə zamanı bir azyaşlı həyatını itirib.

Qəzanın başvermə səbəbləri araşdırılır.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir