Messinin atası dəfn edildi: Futbolçu mərasimdə çətin anlar yaşadı

Messinin atası dəfn edildi: Futbolçu mərasimdə çətin anlar yaşadı

Dünyaca məşhur argentinalı futbolçu Lionel Messi atasının dəfn mərasimində iştirak etmək üçün ABŞ-dan doğma şəhəri Rosarioya gedib.

Xəbər yerində xəbər verir ki, 68 yaşında vəfat edən Jorge Messi Argentinanın Santa Fe əyalətinin Rosario şəhərində yerləşən El Prado qəbiristanlığında keçirilən özəl mərasimlə son mənzilə yola salınıb.

Uzun müddət davam edən xəstəliyinin ağırlaşmaları səbəbilə Sanatorio Centro xəstəxanasında dünyasını dəyişən Jorge Messinin dəfnində oğlu Lionel Messi həyat yoldaşı Antonela Roccuzzo və övladları ilə birlikdə iştirak edib.

Mərasimdə Messinin anası Celia Cuccittini, qardaşları Matias və Rodrigo, bacısı Maria Sol da olub. Futbolçunun atasının ölümündən ciddi şəkildə sarsıldığı, hətta ayaq üstə dayanmaqda çətinlik çəkdiyi görüntülənib.

Dəfn mərasimi ciddi təhlükəsizlik şəraitində keçirilib

Ailənin istəyinə uyğun olaraq mərasim qapalı keçirilib. Yalnız ailə üzvləri və yaxınların iştirak etdiyi dəfn zamanı qəbiristanlığın ətrafında gücləndirilmiş təhlükəsizlik tədbirləri görülüb.

Messinin atasının vəfat etməsi ilə bağlı xəbərin yayılmasından sonra Rosario sakinləri və futbolçunun çoxsaylı pərəstişkarları ona dəstək nümayiş etdiriblər.

Yüzlərlə azarkeş hava limanı və qəbiristanlığın yaxınlığına toplaşaraq Messi üçün təsəlli mesajları səsləndirib və pankartlar açıblar. Rosario meri Pablo Javkin də ailəyə başsağlığı verərək onların şəxsi həyatına hörmət göstərilməsi üçün lazımi tədbirlərin görüldüyünü bildirib.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir