Messiyə milli komandadan vida dəvəti: son oyununun tarixi açıqlandı

Messiyə milli komandadan vida dəvəti: son oyununun tarixi açıqlandı

Xəbər Yerində xəbər verir ki, səkkizqat “Qızıl top” sahibi Lionel Messi Argentina millisinin heyətinə dəvət olunub.

Argentina Futbol Assosiasiyasının məlumatına görə, 39 yaşlı futbolçuya yığma karyerasının başa çatması münasibətilə xüsusi vida mərasimi təşkil ediləcək.

Assosiasiyanın prezidenti Klaudio Tapia bildirib ki, Messi oktyabrın 6-da Argentinada keçiriləcək Beninlə yoldaşlıq görüşündə iştirak etməsi üçün komandaya çağırılıb.

Qeyd edək ki, Messi avqustun 31-də Argentina millisindən ayrıldığını açıqlayıb.

Karyerası ərzində “Barselona” və PSJ-nin formasını geyinən argentinalı futbolçu hazırda MLS-də “İnter Mayami”də çıxış edir.

Messi Argentina millisində 207 oyuna çıxıb və 125 qol vurub. O, yığmanın həm oyun, həm də qol sayına görə rekordçusudur. Futbolçu 2022-ci ildə dünya çempionu, 2008-ci ildə Olimpiya çempionu olub, 2021 və 2024-cü illərdə isə Amerika Kubokunu qazanıb.

Mənbə: İdmanTV

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir