MİDA-dan yeni güzəştli mənzillər satışa çıxarılır

MİDA-dan yeni güzəştli mənzillər satışa çıxarılır

Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) Lənkəran, Şirvan və Yevlax şəhərlərində inşa edilmiş yaşayış komplekslərindəki güzəştli mənzilləri satışa çıxaracağını açıqlayıb.

MİDA-nın məlumatına görə, Yevlax Yaşayış Kompleksi üzrə 6 mənzilin satışı 4 sentyabr 2026-cı il saat 11:00-da başlayacaq və həmin gün saat 16:00-dək davam edəcək.

Qaydalara əsasən, gözləmə mexanizmi ilə mənzil seçimi isə 4 sentyabr saat 12:00-dan 16:00-dək həyata keçiriləcək.

Bildirilib ki, güzəştli mənzillərin satışı “Güzəştli mənzil” elektron sistemi vasitəsilə aparılır. Mənzil almaq hüququ yalnız bu sistemdə elektron kabinet yaratmış vətəndaşlara verilir. Qeydiyyat tarixindən və növbə nömrəsindən asılı olmayaraq, bütün elektron kabinet sahibləri mənzil seçimində bərabər hüquqa malikdirlər.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir