Mingəçevirdə yük avtomobili bataqlığa batdı – İki nəfər xilas edildi

Mingəçevirdə yük avtomobili bataqlığa batdı – İki nəfər xilas edildi

Xəbər Yerində Unikal-a istinadən xəbər verir ki, ötən gecə Mingəçevir su anbarının yaxınlığında yük avtomobili bataqlığa batıb, iki nəfər çətin keçilən ərazidə köməksiz vəziyyətdə qalıb.

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə hadisə ilə bağlı məlumat daxil olduqdan sonra qurumun Aran Regional Mərkəzinin xilasediciləri dərhal əraziyə cəlb olunublar.

İki nəfər təhlükəsiz əraziyə təxliyə edildi

FHN əməkdaşlarının keçirdiyi xilasetmə əməliyyatı nəticəsində vətəndaşların olduğu yer müəyyənləşdirilib.

Çətin keçilən ərazidə köməksiz vəziyyətdə qalan iki nəfər xilasedicilər tərəfindən təhlükəsiz əraziyə təxliyə edilib.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir