MİQ üzrə test imtahanlarına start verilib

MİQ üzrə test imtahanlarına start verilib

2026/2027-ci tədris ili üçün müəllimlərin işə qəbulu (MİQ) müsabiqəsinin test imtahanı mərhələsi bu gündən başlayıb.

İmtahanlar iyulun 18-dək davam edəcək və ölkənin 19 şəhərində fəaliyyət göstərən 38 imtahan mərkəzində keçiriləcək.

Test mərhələsində namizədlərin ixtisas bilikləri, tədris metodikası və pedaqoji bacarıqları qiymətləndiriləcək. Nəticələr əsasında müəyyən olunmuş keçid balını toplayan namizədlər müsabiqənin növbəti mərhələsində iştirak hüququ qazanacaqlar.

MİQ müsabiqəsi müəllimlərin dövlət ümumi təhsil müəssisələrinə işə qəbulu məqsədilə hər il təşkil olunur.

Mənbə: Apa

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir