ABŞ Kubaya qarşı sanksiyaları genişləndirib
ABŞ administrasiyası Kubaya qarşı tətbiq etdiyi sanksiyaların əhatə dairəsini daha da genişləndirib.
Məlumata görə, yeni məhdudiyyətlər Kubanın Turizm Nazirliyini, xüsusi təyinatlı bölmələr və ərazi müdafiə qüvvələri də daxil olmaqla bir sıra hərbiləşdirilmiş strukturları, eləcə də bir neçə idxal-ixrac şirkətini əhatə edir.
Xatırladaq ki, ABŞ iyun ayında da Kuba Prezidenti Migel Dias-Kanelə, həmçinin ölkənin bir sıra dövlət qurumları və onların rəhbərlərinə qarşı sanksiyalar tətbiq etmişdi.
Vaşinqtonun son qərarı iki ölkə arasında münasibətlərdə gərginliyin davam etdiyini göstərir.
Mənbə: Azxəbər

