Naxçıvanda 900 illik tarix daşda canlandı – Əcəmi Naxçıvaninin abidəsi

Naxçıvanda 900 illik tarix daşda canlandı – Əcəmi Naxçıvaninin abidəsi

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva avqustun 11-də Naxçıvan şəhərində yerləşən “Əcəmi seyrangahı” istirahət kompleksində görkəmli memar Əcəmi Naxçıvaninin abidəsinin açılışında iştirak ediblər.

Xeber yerinde Prezidentin mətbuat xidmətinə əsasən xəbər verir ki, abidənin müəlliflərindən biri, Xalq rəssamı Salxab Məmmədov dövlət başçısına və birinci xanıma kompleks barədə məlumat verib.

Bu il Naxçıvan memarlıq məktəbinin banisi, Azərbaycan memarlığının görkəmli nümayəndəsi Əcəmi Naxçıvaninin anadan olmasının 900 ili tamam olur. Prezident İlham Əliyev ötən il Əcəmi Naxçıvaninin 900 illik yubileyinin qeyd edilməsi və onun abidəsinin ucaldılması ilə bağlı Sərəncam imzalayıb.

Abidə kompleksi böyük memarın zəngin irsini müasir yanaşma əsasında təqdim etmək məqsədilə hazırlanıb. Heykəlin müəllifləri Xalq rəssamları Salxab Məmmədov və Əli İbadullayev, həmçinin Naxçıvan Muxtar Respublikası Memarlar Birliyinin sədri Heydər Əhmədovdur.

Bürüncdən hazırlanan heykəlin hündürlüyü 270, postamentin hündürlüyü 90, abidənin ümumi hündürlüyü isə 385 santimetrdir. Postament qranitdən hazırlanıb. Ətraf ərazidə abadlıq işləri aparılıb və yaşıllıqlar salınıb.

Əcəmi Naxçıvaninin 900 illik yubileyinin UNESCO çərçivəsində qeyd edilən yubileylər siyahısına daxil edilməsi isə Azərbaycan memarlıq irsinin beynəlxalq səviyyədə tanıdılması baxımından mühüm əhəmiyyət daşıyır.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir