Xəbər Yerində xəbər verir ki, Naxçıvan şəhərində azyaşlının xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə Əziz Əliyev küçəsində, Olimpiya İdman Kompleksinin yaxınlığında qeydə alınıb. “Maple” markalı avtomobil yolu keçmək istəyən 2017-ci il təvəllüdlü N.Oruclunu vurub.
Zərərçəkən uşaq tibbi yardım göstərilməsi üçün xəstəxanaya aparılıb.
Hadisənin başvermə səbəbləri araşdırılır.
Mənbə: Apa

