Ölkə ərazisində leysan yağışlar qeydə alınıb – FAKTİKİ HAVA

Ölkə ərazisində leysan yağışlar qeydə alınıb – FAKTİKİ HAVA

Avqustun 12-si saat 11:00-a olan faktiki hava şəraiti açıqlanıb.

Xeber Yerinde xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, ölkə ərazisinin bəzi yerlərində arabir şimşək çaxıb və yağış yağıb. Ayrı-ayrı ərazilərdə yağıntılar leysan xarakterli olub.

Ən çox yağıntı Gədəbəydə qeydə alınıb. Burada yağıntının miqdarı 32 mm, Balakəndə isə 27 mm təşkil edib.

Sarıbaşda (Qax) 9 mm, Altıağacda 5 mm, Göygöl, Kişçay (Şəki) və Qəbələdə 3 mm, Ağstafa, Daşkəsən, Şuşa, Zəngilan və Qusarda 2 mm yağıntı düşüb.

Ceyrançöl, Şahbuz, Gəncə, Naftalan, Zaqatala, Oğuz, Xaltan, Şahdağ, Tərtər, Füzuli, Kəlbəcər, Kürdəmir, Sabirabad, Cəfərxan, Ağdam, Biləsuvar, eləcə də Bakı və Abşeron yarımadasında isə 1 mm-dək yağıntı qeydə alınıb.

Məlumatlara əsasən, xüsusilə dağlıq və dağətəyi rayonlarda yağıntıların daha intensiv olduğu müşahidə edilib.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir