Xəbər Yerində xəbər verir ki, Pakistanın Baş naziri Şahbaz Şərif oktyabr ayında Azərbaycana səfər edəcək.
Bu barədə Pakistanın Azərbaycandakı səfiri Qasım Mohiuddin diplomatik korpus nümayəndələrinin Qarabağa səfəri zamanı məlumat verib.
Diplomat bildirib ki, Şahbaz Şərif Bakıda keçiriləcək Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AİƏT) VII Sammitində iştirak etmək üçün Azərbaycana gələcək.
Qeyd edək ki, AİƏT-in VII Sammitinin oktyabrın ortalarında Bakıda keçirilməsi planlaşdırılır.
Mənbə: Oxu.az

