Polad Bülbüloğlu 81 yaşında yenidən ailə qurub-Foto+Video

Polad Bülbüloğlu 81 yaşında yenidən ailə qurub-Foto+Video

Uzun müddət Azərbaycanın mədəniyyət naziri kimi fəaliyyət göstərən, ölkəmizin Rusiyadakı sabiq səfiri və Milli Məclisin deputatı Polad Bülbüloğlunun şəxsi həyatı ilə bağlı yeni məlumat yayılıb.

Xəbər Yerində Lent.az-a istinadən xəbər verir ki, 81 yaşlı deputat 1997-ci ildə ailə həyatı qurduğu Gülnarə Şıxəliyevadan boşanıb.

Məlumata görə, Polad Bülbüloğlu boşandıqdan sonra uzun müddət subay qalmayıb. O, başqa bir xanımla nikaha daxil olub.

Bildirilir ki, deputat yeni həyat yoldaşı ilə Qəbələdə keçirilən musiqi festivalında iştirak edib. Festivalın ardından cütlüyün Bodruma istirahətə getdiyi qeyd olunur.

Polad Bülbüloğlunun məsələ ilə bağlı mövqeyini öyrənmək üçün onunla əlaqə saxlamaq mümkün olmayıb. Deputatın zəng və mesajlara cavab vermədiyi bildirilib.

Qeyd edək ki, Polad Bülbüloğlu ilk dəfə Ukrayna və Rusiyanın tanınmış opera müğənnisi, SSRİ Xalq artisti Bela Rudenko ilə ailə qurub. Bu nikahdan onun Teymur Məmmədov adlı oğlu dünyaya gəlib.

Bülbüloğlunun Gülnarə Şıxəliyeva ilə evliliyindən isə Leyla və Murtuza adlı iki övladı var.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir