Xəbər Yerində xəbər verir ki, qanunsuz odlu silah saxlama və dələduzluq əməllərinə görə axtarışda olan şəxs saxlanılarkən polis əməkdaşlarına silahlı müqavimət göstərib.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin məlumatına görə, əvvəllər qəsdən adamöldürmə, qanunsuz odlu silah əldə etmə və saxlama, soyğunçuluq, qaçaqmalçılıq, həmçinin narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı cinayətlərə görə məhkum edilmiş M.Mirzəyev tutularkən polisə qarşı silahdan istifadə edib.
Polis əməkdaşları tərəfindən tabel silahından istifadə olunub və M.Mirzəyev zərərsizləşdirilib.
Hadisə yerindən “Makarov” markalı tapança aşkarlanaraq götürülüb.
Faktla bağlı araşdırma aparılır.

