Prezident yeni sərəncam imzaladı

Prezident yeni sərəncam imzaladı

Prezident İlham Əliyev Naxçıvan Muxtar Respublikasında yeni kadr təyinatı ilə bağlı sərəncamlar imzalayıb.

Sərəncama əsasən, Naim Etibar oğlu Cahidzadə Naxçıvan Muxtar Respublikası Sədərək Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib. O, Culfa Rayon İcra Hakimiyyətinin başçısı təyin olunub.

Naim Cahidzadə kimdir?

Naim Cahidzadə 1989-cu ildə Şahbuz rayonunun Kolanı kəndində anadan olub. Naxçıvan Dövlət Universitetində “Maliyyə və kredit” ixtisası üzrə bakalavr və magistr təhsili alıb, daha sonra AMEA Naxçıvan Bölməsində dissertant kimi fəaliyyət göstərib.

Əmək fəaliyyətinə 2011-ci ildə Naxçıvan Dövlət Universitetində müəllim kimi başlayan Naim Cahidzadə 2014–2021-ci illərdə “Naxçıvan” Universitetində dekan müavini və dekan vəzifələrində çalışıb. 2021–2023-cü illərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının İqtisadiyyat şöbəsinin müdiri olub.

2023-cü ilin sentyabrında Sədərək Rayon İcra Hakimiyyəti başçısının müavini təyin edilən Naim Cahidzadə, 21 fevral 2024-cü il tarixində Prezident İlham Əliyevin sərəncamı ilə Sədərək Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə gətirilmişdi. İndi isə dövlət başçısının yeni sərəncamı ilə Culfa rayonunun icra başçısı təyin edilib.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir