“Qarabağ” Avropa Liqasında rəqibini darmadağın etdi

“Qarabağ” Avropa Liqasında rəqibini darmadağın etdi

Azərbaycanın “Qarabağ” klubu UEFA Avropa Liqasının I təsnifat mərhələsində İslandiyanın “Vestri” komandasını məğlub edərək mübarizəni davam etdirir.

Xeberyerinde Oxu.Az-a istinadən xəbər verir ki, Ağdam təmsilçisi səfərdə keçirdiyi cavab qarşılaşmasında rəqibini 3:0 hesabı ilə üstələyib.

Oyunda “Qarabağ”ın qollarını Jalə Muaddib (5-ci dəqiqə), Pedro Bikalyo (29-cu dəqiqə)Zakaria Savo (57-ci dəqiqə) vurublar.

İlk görüşdə də rəqibini eyni hesabla məğlub edən Qurban Qurbanovun komandası ümumi nəticədə 6:0 hesablı üstünlüklə turnirin II təsnifat mərhələsinə vəsiqə qazanıb.

“Qarabağ”ın növbəti rəqibi Bolqarıstanın ÇSKA (Sofiya) klubu olacaq. Komandalar arasında ilk oyun iyulun 23-də Bakıda keçiriləcək.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir