“Qarabağ” Kiyev “Dinamo”suna məğlub oldu

“Qarabağ” Kiyev “Dinamo”suna məğlub oldu

UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin ilk oyununda Azərbaycan çempionu “Qarabağ” Ukraynanın “Dinamo” (Kiyev) komandasına 0:1 hesabı ilə uduzub.

Polşanın Lublin şəhərindəki “Lublin Arena”da keçirilən görüşdə yeganə qolu matçın 10-cu dəqiqəsində Matvey Ponomarenko vurub.

İlk hissəni 0:1 hesabı ilə geridə başa vuran Qurban Qurbanovun komandası fasilədən sonra hesabı bərabərləşdirməyə çalışsa da, buna nail ola bilməyib.

Görüşün 90-cı dəqiqəsində “Qarabağ”ın futbolçusu Cebrail Makretskis qırmızı vərəqə alaraq meydandan qovulub. Bu səbəbdən o, cavab qarşılaşmasında komandasına kömək edə bilməyəcək.

Qeyd edək ki, komandalar arasında cavab oyunu avqustun 13-də Bakıda, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Bu cütün qalibi UEFA Konfrans Liqasının pley-off mərhələsində Niderlandın “Tvente” – Slovakiyanın DAC 1904 cütünün qalibi ilə qarşılaşacaq.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir