Qarabağda bir neçə istiqamətdə yanğın: Minalanmış ərazilər işi çətinləşdirir

Qarabağda bir neçə istiqamətdə yanğın: Minalanmış ərazilər işi çətinləşdirir

Fövqəladə Hallar Nazirliyinin “112″ qaynar telefon xəttinə Ağdam rayonunun Mərzili, Füzuli rayonunun Qazaxlar, Cəbrayıl rayonunun Çaxırlı və Mehdili kəndləri istiqamətlərində açıq ərazidə yanğınların baş verməsi barədə məlumatlar daxil olub.

Xeberyerinde xəbər verir ki, bu barədə FHN-in Mətbuat xidmətinin məlumatında deyilir.

Məlumatlarla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri hadisə yerinə cəlb olunub.

Ərazilərin minalanmış və havanın küləkli olması yanğınla mübarizə tədbirlərini mürəkkəbləşdirir.

Hazırda yanğınların söndürülməsi istiqamətində əməliyyat davam etdirilir.

Əlavə məlumat veriləcək.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir