“Qarabağ”dan dramatik qələbə – “Araz-Naxçıvan”a 3:2

“Qarabağ”dan dramatik qələbə – “Araz-Naxçıvan”a 3:2

Misli Premyer Liqasının 4-cü turunda “Qarabağ” və “Araz-Naxçıvan” komandaları üz-üzə gəlib.

Qurban Qurbanovun rəhbərlik etdiyi Ağdam təmsilçisi gərgin mübarizədə rəqibini 3:2 hesabı ilə məğlub edib.

Matçda hesabı 8-ci dəqiqədə Joni Montiel açıb. “Qarabağ”ın üstünlüyünü 67-ci dəqiqədə Renaldo Sefas artırıb.

“Araz-Naxçıvan” 72-ci dəqiqədə Dumançiçin qolu ilə fərqi azaldıb. 89-cu dəqiqədə Musa Qurbanlı “Qarabağ”ın üçüncü qolunu vurub.

Naxçıvan təmsilçisi 90+3-cü dəqiqədə Ağadadaş Salyanskiyin qolu ilə yenidən ümidlənsə də, qarşılaşma “Qarabağ”ın 3:2 hesablı qələbəsi ilə başa çatıb.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir