“Qarabağ” UEFA Avropa Liqasının II təsnifat mərhələsində Bolqarıstanın ÇSKA (Sofiya) klubuna penaltilər seriyasında uduzaraq turnirlə vidalaşıb.
Xeberyerinde xəbər verir ki, tərəflər arasında keçirilən hər iki oyun 0:0 hesabı ilə başa çatıb.
Qalib penaltilər seriyasında müəyyənləşib. Bu mərhələdə 5:4 hesabı ilə üstün olan ÇSKA növbəti tura yüksəlib.
Beləliklə, “Qarabağ” mübarizəsini UEFA Konfrans Liqasının III təsnifat mərhələsində davam etdirəcək. Qurban Qurbanovun komandası bu mərhələdə Ukraynanın “Dinamo” (Kiyev) klubu ilə üz-üzə gələcək.
Mənbə: Qafqazinfo

